Bir salxım üzüm 1,2 milyona satıldı

bir-salxim-uzum-12-milyona-satildi
Oxunma sayı: 4130

Yaponiyanın keçirilən hərracda “Ruby Roman” növündən olan bir salxım üzüm 1,2 milyon yenə (19 min manat) satılıb.

“Qafqazinfo” xəbər verir ki, bunu alan şəxs Yaponiya mehmanxanalar şəbəkəsi meneceridir.

O, “Ruby Roman” üzüm növünün bazara çıxarılmasının 12-ci ildönümü ilə əlaqədar 1,2 milyon yen təklif etdiklərini bildirib.

Qeyd edək ki, “Ruby Roman” dünyada ən bahalı üzüm növü hesab edilir.  Yapon seleksiyaçılar həmin üzüm növünü 1994-cü ildə əldə etsələr də, yalnız 2008-ci ildə satışa çıxarılıb.