Bir sıra beynəlxalq təyyarə reyslərində ləngimələr var

bir-sira-beynelxalq-teyyare-reyslerinde-lengimeler-var
Oxunma sayı: 636

Bu barədə Trend-ə çərşənbə axşamı Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Saat 03:30-da gəlməli olan J2 078 reysi saat 07:12-də enib, saat 04:10-da gəlməli olan TK 338 reysi isə saat 07:20-də eniş edib.

Daha əvvəl hava limanından bildirilib ki, reyslər yoladüşmə məntəqəsində pis hava şəraiti ilə bağlı yubanmışdı.

Bazar ertəsi İstanbulda güclü qar yağması səbəbindən 184 reys təxirə salınıb ki, onların 34-ü beynəlxalqdır. Güclü qar İstanbula bazar günü axşam yağıb.

İstanbul rəhbərliyi yerli sakinləri yaxın iki gündə zəruri ehtiyac yaranmadığı təqdirdə şəxsi nəqliyyatdan istifadə etməməyə çağırır.

Son günlər Türkiyənin böyük hissəsinə soyuq və qarlı hava hakim kəsilib, bir çox ərazilərdə nəqliyyatın hərəkətində fasilələr qeydə alınıb.