Bir ton şokolad yola dağılıb

bir-ton-sokolad-yola-dagilib
Oxunma sayı: 3233

Almaniyada tonla şokolad küçəyə axaraq donub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, olay dekabrın 10-u Verl şəhərində baş verib. Belə ki, bölgədə yerləşən fabrikdə texniki nasazlıq yaranıb və 1 ton şokolad avtomobil yoluna dağılıb. Yolun təmizlənməsinə yanğınsöndürənlər cəlb edilib. Firmanın nümayəndəsi Markus Laki problemin 2 gün ərzində aradan qaldırıldığını, fabrikin fəaliyyətinin bərpa edildiyini bildirib.

Aysel Kərimova