Bir uşağını xilas etdi, amma digəri... - Biləsuvarda dəhşətli yanğın + Video

Bir uşağını xilas etdi, amma digəri...
Oxunma sayı: 35

Biləsuvarda yaşayış evinin yanması azyaşlının ölümü ilə nəticələnib.

“Qafqazinfo” “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə Biləsuvarda, Molla Pənah Vaqif küçəsində baş verib.

Rayon sakini Natiq Aslanova məxsus fərdi yaşayış evi qəfildən yanmağa başlayıb. Hadisə zamanı ev sahibəsi Gülnar Məmiyeva və iki azyaşlı övladı evdə yatmış vəziyyətdə olublar. Evin tüstüləndiyini hiss edən ana 4 yaşlı körpəsini qucağına götürərək pəncərədən bayıra çıxa bilib. Lakin 8 yaşlı Ümid Aslanlı özünü itirərək çarpayının altına girib və çoxsaylı yanıq xəsarətləri alıb.

Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Gülnar Məmiyeva və övladı Ümid Aslanlı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, Ümidin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. Yanğının başvermə səbəbi hələlik məlum deyil.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi