Bir yaşlı uşağın qarnına mil batdı - Foto

bir-yasli-usagin-qarnina-mil-batdi
Oxunma sayı: 2523

Azərbaycanda 1 yaşlı uşağın qarnına toxumaq üçün istifadə olunan mil girib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Mərkəzi Klinikanın Uşaq Cərrahiyyəsi və Urologiyası Uzmanı Op.Dr.Fuad Hüseynov facebook səhifəsində paylaşım edib.

Həkim bildirib ki, uşaq milin üstünə yıxılıb: “Uşağın ailəsi təcili bizə müraciət etdi. Müayinə zamanı milin göbək üstündən batdığını gördük və uşaq təcili əməliyyata alındı. Əməliyyat zamanı milin nazik bağırsağı və bağırsağı qidalandıran damarları deşdiyini və buna bağlı daxili qanaxma olduğunu gördük. Mili çıxardıq, bağırsaqdakı dəlikləri tikdik və qanaxmanı dayandırdıq. İki gün sonra dəcəcl balamızı tam sağlam evlərinə yola saldıq”.

Nigar