Bir yerdə yeyib – içdiyi dostunu öldürdü

Bir yerdə yeyib – içdiyi dostunu öldürdü
Oxunma sayı: 958

Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 1963-cü il təvəllüdlü İsgəndər Hüseynovun məhkəməsi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Şəkər Məmmədovanın icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, İ.Hüseynov 2006-cı ildə Moskvada saxta sənəd və narkotikə görə məhkumluq həyatı yaşayıb.

Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses mayın 22-də davam etdiriləcək.

İttihama görə, Qaradağ rayonu Lökbatan qəsəbəsində kirayədə yaşayan H.İsgəndərov həmin gün tanışı,1972-ci il təvəllüdlü İlqar Mirzəyevi qonaq edib. Spirtli içki qəbul etdikdən sonra hər iki sərxoş olublar. Bu zaman aralarında mübahisə yaranıb və H.İsgəndərov qonağını öldürüb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi