“Bir Zamanlar Çukurova”da gərginlik - Maaş verilmir

bir-zamanlar-cukurovada-gerginlik
Oxunma sayı: 2504

“Bir Zamanlar Çukurova” serialının əməkdaşları maaşlarını ala bilmirlər.  “Qafqazinfo” xəbər verir ki, “Söylemezsem olmaz” proqramında məlumat verilib. 

İddia olunur ki, reytinqli ekran işində çalışan şəxslər çəkilişi dayandıraraq serialı ərsəyə gətirən “TİMS” şirkətini boykot ediblər. Onlar pullarını almadığı təqdirdə işə qayıtmayacaqlarını qeyd ediblər.