Bir zamanların lüks villaları - Fotosessiya

bir-zamanlarin-luks-villalari
Oxunma sayı: 7299

Fotolarda gördüyünüz bu evlər bir zamanlar varlıların olsa da, indi onların heç birində yaşayan yoxdur. Söhbət İtaliyada keçmiş zamanlardan qalan villalardan gedir. Ən pisi də odur ki, artıq həmin tikililər çürüməyə başlayıb. 

“Qafqazinfo” xəbər verir ki, fotoqraf  Eleonora Costi İtaliyada tərk edilmiş villaların fotolarını çəkib. Onun sözlərinə görə, evlərin vəziyyəti pis olsa da, hələ də möhtəşəm görünürlər. 

Bunların arasında bir zamanlar Napoleona və 14-cü əsrə aid villalar da var.

Fotoqraf bildirib ki, fotosessiyada məqsəd tarixi tikililərin restavrasiya olunmasına diqqət çəkməkdir. 

Sözügedən villaların şəkillərini təqdim edirik.

Ülviyyə