İran Amerikaya gözdağı verdi

iran-amerikaya-gozdagi-verdi
Oxunma sayı: 668

On gündür ki, İranda keçirilən Velayet-90 adlı əsgəri dəniz təlimləri sonunda dünən başa çatıb. Təlimlər başa çatan kimi İran Amerikaya nota göndərib. İran ABŞ-ın hərbi gəmilərini artıq Bəsrə boğazına göndərməməsi üçün xəbərdarlıq edib. Amerikanın cavabı anında gəlib: “Biz çəkilməyəcəyik”. Buna sübut olaraq da iki hərbi gəmisini Hörmüz boğazı vasitəsilə Ümman dənizinə göndərib. Bu gecə İran da Hörmüz boğazını tutaraq ABŞ hərbi gəmilərini geri buraxmayıb.

Vəziyyətin gərginləşdiyini görən Türkiyənin Xarici İşlər Naziri Əhməd Davudoğlu bu gün günorta saatlarında İrana gəlib. Danışıqlar sonrası mətbuata açıqlama verən Davudoğlu bölgədəki gərginlikdən çox narahat olduğunu, “bölgəsəl soyuq savaş çıxarmaq istəyənlərın” olduğunu, həmçinin də bu ərazidəki dövlətlər arasında sünni şiə davasının qızışdırılması cəhdləri olduğunu vurğulayıb. Davudoğlunun İran hökumətini sakitləşdirməyə çalışdığı, ABŞ gəmilərinə keçmək üçün yol verməyə razı salmaq istədiyi bildirilsə də, danışıqların gedişi və nəticələri ilə bağlı hələ də açıqlamaların olmaması vəziyyətin gərgin olaraq qalmasından xəbər verir.