İran Avropadan imtina edir

iran-avropadan-imtina-edir
Oxunma sayı: 631

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, Avropa Biriliyinin (AB) İrandan neft idxalının dayandırılması qərarına bu ixracı dayandıraraq cavab verməyə hazırlaşdığı bildirilib.
İranlı millət vəkili Həsən Qafurifard parlamentin internet saytında yer alan açıqlamasında Avropaya neft ixracının dərhal dayandırılmasını nəzərdə tutan qanun layihəsinin müzakirə ediləcəyini deyib.
Qafurifard “Qanun layihəsi AB-nin İrana qarşı neft embarqosu başlamazdan öncə İranın Avropaya neft ixracının dayandırılmasını nəzərdə tutur, deyərək, bu mövzuda parlament müzakirələrinin yanvarın 29-da başlacağını söyləyib.
Qeyd edək ki, İran neftnin təxminən 18%-i Avropaya ixrac edilir. İranlı millət vəkilləri İran neftinin Avropaya ixracının dayandırlması İranın deyil, Avropanın zərərinin olacağı qənaətindədrilər.
İrana qarşı embarqonu pisləyən Çin xam neftin ən böyük alıcısı qismində tanınır.