İran ayətullahı İlham Əliyevə mesaj göndərdi

iran-ayetullahi-ilham-eliyeve-mesaj-gonderdi
Oxunma sayı: 648

İrna.ir saytının xəbərinə görə, görüş zamanı o, Azərbaycan prezidentinə müraciətlə “insanların tələbələrinin dəstəklənməsinin vacibliyini” bildirib.

Bildirilir ki, ayətullah Həmədani Azərbaycandan getmiş din xadimləri ilə görüşündə müsəlmanları birliyə və ayıq-sayıqlığa çağırıb. O, İslamda şəhidliyi və cihadın mühümlüyünü də ön plana çıxarıb. Ayətullah Azərbaycan prezidentinə müraciətlə bildirib ki, insanları məyus edən sistem məğlubiyyətə məhkumdur. O, İslam aləminin missiyasının mühümlyü haqda danışıb və deyib ki, belələri həmişə insanların sığınacaq yeri olublar. “Əgər inqilablarda alimlərin rolu mühüm olmasaydı, bu gün İslamın izi də qalmazdı. Biz alimlərin repressiv hakimiyyətlərə qarşı mübarizədə səylərini dəstəkləməli, onların ideyalarının həyata keçirilməsinə çalışmalıyıq”- deyə ayətullah bildirib.

N. Həmədani İrandakı İslam inqilabında ayətullah imam Xomeyninin rolunu da xatırladıb. O, Yaxın Şərqdə baş verən dəyişikliklərdən də danışıb və bildirib ki, Səudiyyə Ərəbistanın, Bəhreynin, İordaniyanın digər bu kimi rejimlərin çökməsi qaçınılmazdır. Çünki onların xalq arasında dəstəyi yoxdur.

İranlı ayətullahla görüşdə iştirak edən azərbaycanlı din xadimlərinin adları göstərilmir. Həmçinin onların İrana səfərinin məqsədi barədə məlumat verilmir. Son zamanlar İranla Azərbaycan arasında gərgin olaraq qalan münasibətlər fonunda qonşu ölkədən bir sıra mühafizəkar din xadimləri, ayətullahlar Azərbaycan hakimiyyətinə qarşı kəskin bəyanatlarla çıxış edirlər.

musavat.com