İran Ayətullahından Azərbaycana növbəti təhdid

iran-ayetullahindan-azerbaycana-novbeti-tehdid
Oxunma sayı: 659

“Qafqazinfo”nun “Regnum” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Qumda dindarlar qarşısındakı çıxışı zamanı İranın nüfuzlu dini liderlərindən olan ayətullah Makarem Şirazi bildirib. Onun sözlərinə görə, İran digər ölkələrin siyasətlərinə qarışmır, lakin Azərbaycan və Bəhreyn şiələrinin taleyinə də biganə qala bilməz: “Biz Fələstin müsəlmanlarına yardım edərkən şiələr və sünnilər arasında ayrı-seçkilik salmırıq. Bizim borcumuz bütün müsəlmanlara kömək etməkdir, xüsusən də məzlum şiələrə. Hamıya bəllidir ki, şiələrin ən ağır vəziyyətə yaşayanları Bəhreyn və Azərbaycandadır”.

Azərbaycanda şiələrin təqiblərə məruz qalması haqqında danışan ayətullah qeyd edib ki, bu ölkələrin liderləri dindarlara qarşı kommunist dövründən qalma siyasət yürüdür: “Bu siyasətin dindarların təqibi və sıxışdırılmasına yönəlib. Azərbaycan hökuməti orta məktəblərdə hicaba qadağa qoydu, nümayişləri boğur və dindarları həbs edir, ictimaiyyətə dini ədəbiyyatı qadağan edir. Onlar cəmiyyətdə dini kökündən çıxartmağa ümid edirlər, ancaq yalnız özlərinə ziyan vururlar. Azərbaycan hökuməti etiraf etməlidir ki, şiələr İmam Hüseyn məktəbinin tərəfdarıdır və zülm qarşısında geri çəkilməyəcəklər”.

Ayətullah Azərbaycan rəhbərliyini dindarların tələblərini diqqətə almağa və dini səbəblərdən həbs edilənləri azad etməyə çağırıb. Əks halda isə bunun böyük təhlükə ilə nəticələnə biləcəyini qeyd edib.

Səidə