İran-Azərbaycan sərhədində yeni gömrük-keçid məntəqəsi tikilir - Şad xəbər

iran-azerbaycan-serhedinde-yeni-gomruk-kecid-menteqesi-tikilir-sad-xeber
Oxunma sayı: 652

Nəcəfi bildirib ki, yeni gömrük məntəqəsi İranın Azərbaycanla sərhəddə yerləşən Qulubəylu (Qulu Beyglu) kəndi ərazində tikiləcək azad iqtisadi zonasında yerləşəcək.

O əlavə edib ki, yeni gömrük məntəqəsindən sərnişinlərin gediş-gəlişi və beynəlxaq yüklərin daşınması nəzərdə tutulur.

Nəcəfinin sözlərinə görə, Qulubəylu azad ticarət zonasının birinci fazası çərçivəsində hotel və qonaq evləri, gömrük məntəqəsi, idarəetmə işləri üçün ofislər, üstü açıq və bağlı anbarlar, ticarət şirkətlərinin ofisləri və maliyyə və kredit təşkilatlarının fəaliyyəti üçün binalar tikiləcək.

Nəcəfi deyib ki, İran və Azərbaycan xalqlarını bir-birinə bağlayan tarixi, mədəni və dini əlaqələr var və iki ölkənin xalqları arasında yaxşı münasibətlərin inkişafı naminə yeni ticarət zonasının Qulubəylu ərazisində salınması üzrə işlərə başlanılıb.

O əlavə edib ki, həmin bölgədə həm İran, həm də Azərbaycan ərazisində kənd təsərrüfatı, maldarlıq, ət və ət məhsulları, süd məhsullarının istehsalının artırılması, əkinçiliyin inkişaf etdirilməsi üçün, eləcə də müştərək investisiya ilə istehsal olunacaq kənd təsərrüfatı məhsullarının qablaşdırılması, onların ixracatı və əlavə gəlirin əldə olunması üçün geniş potensial mövcuddur.

Nəcəfi deyib ki, Qulubəylu ticarət zonasında investisiya yatırmaq istəyən bütün hüquqi şəxslər 20 il müddətinə vergilərdən azad olunacaqlar.

O əlavə edib ki, həmin şəxslər üçün torpaq sahələri ucuz qiymətə və kreditə veriləcək, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və digər güzəştlərin tətbiqi nəzərdə tutulub.

"Ümid edirik ki, bu azad ticarət zonasının fəaliyyəti iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsinə və həmin bölgənin çiçəklənməsinə zəmin yaradacaq", - Nəcəfi bildirib.
Qeyd edək, İranın Qulubəylu kəndi Azərbaycanın Füzuli rayonunun Horadiz qəsəbəsi ilə üzbəüz yerləşir.