İran Bəşər Əsədə yardımını etiraf etdi

iran-beser-esede-yardimini-etiraf-etdi
Oxunma sayı: 660

“Qaqfazinfo”nun məlumatına görə, bu barədə İslam İnqilabının Keşikçiləri Korpusunun yüksəkrütbəli zabitinin bəyanatına istinadən “The Guardian” qəzeti yazıb.

İSNA-ya müsahibə verən “Qüds” xüsusitəyinatlı dəstəsinin komandir müavini İsmayıl Qaani bildirib ki, əgər İran qoşunlarının iştirakı olmasaydı, Suriyada döyüşlərin miqyası daha da geniş olardı. Qaaninin sözlərinə görə, İran qoşunlarının meydana çıxmasına qədər Suriya müxalifəti daha çox adam öldürürdü.

“The Times” isə yazır ki, İsmayıl Qaani bu bəyanatı mayın 27-də tələbələrqarşısında çıxış edərkən verib. Mətbuat orqanı qeyd edib ki, bu yazı dərc edildikdən bir qədər sonra İSNA-nın saytından çıxarılıb.

Ehtimal edilir ki, İran Bəşər Əsədə müxalifətlə mübarizə aparmaq üçün etirazların başladığı 2011-ci ilin martından yardım edir. İran hərbi birləşmələrinin Suriyada olması faktını ölkənin müxalifət hərbi qüvvələrnin döyüşçüləri verib.