İran Bəşər Əsədin devrilməsi planını açıqladı

iran-beser-esedin-devrilmesi-planini-aciqladi
Oxunma sayı: 641

İranın dövlət televiziyası olan Press TV Qərbin Suriyada Bəşər Əsəd rejimini devirmək planı barədə ilginc məlumat yayıb. Məlumatda deyilir ki, ABŞ və Qərb tərəfindən hazırlanan plana əsasən Türkiyə bir müddət sonra Suriya torpaqlarına girərək müxalifət güclərini silahlandıracaq, İsrail isə Bəşər Əsədin silahlı qüvvətlərinə aid əhəmiyyətli bazaları uzaqdan vuraracaq. Bununla da Bəşər Əsədin devrilməsində müxalifətə kömək göstəriləcək.

Press TV-nin "üst səviyyəli qaynaqlara" istinadla yaydığı xəbərə görə, plan çərçivəsində əvvəl müxtəlif ölkələrdəki Suriya səfirlikləri hücuma məruz qalacaq, bu yolla Əsəd rejimi dünya ictimaiyyətinin gözündən salınacaq. Ardından Suriya rəhbərliyi hərbi cinayətə yol verməkdə ittiham olunaraq Beynəlxalq Hərbi Tribunala veriləcək.
Press TV-nin iddiasına görə, Vaşinqton daha sonra Vahabi silahlıları ilə Livandan gələcək Fəth ül İslam milislərini silahlandıraraq Suriya sərhədindəki kəndlərin ələ keçirilməsinə kömək olacaq. İddiaya görə, bu mərhələdə İsrail də döyüş təyyarələri və mərmilərlə Bəşər Əsəd ordusunun əhəmiyyətli mərkəzlərini vuraraq təsirsiz hala gətirəcək.