İran fahişələri maarifləndirəcək

iran-fahiseleri-maariflendirecek
Oxunma sayı: 1798

"Qafqazinfo"nun xarici mətbuata istinadən xəbərinə görə, dövlət bu dəfə belə qadınları cəzalandırmaq yox, tərbiyyələndirmək qərarına gəlib. İrana görə, qadınların yoldan çıxmasında yenə Qərbin təsiri var.

Tehran rəsmisi Məhəmməd Əli İrfanmaneş bildirib ki, bu məqsədlə həyat tərzləri cinayət sayılsa da, belə qadınları maarifləndirmək daha doğru olardı. "Bu məqsədlə şəhərdən kənarda xüsusi düşərgələrin yaradılması nəzərdə tutulub. Həmin qadınların könüllü ora toplanması üçün səy göstəriləcək. "Onlar arasında elə təbliğat aparılacaq ki, bu pis yoldan özləri çəkiləcəklər", deyə rəsmi nümayəndə bildirib.

Xatırladaq ki, 1979-cu ilə qədər Tehranın "Yeni Qəsəbə" adlı bölgəsi fahişələrin aşikar məskəni idi. Amma İslam İnqilabından sonra bu ərazi ləğv edildi.

Raminə