İran gəmisi Bakıda yandı

iran-gemisi-bakida-yandi
Oxunma sayı: 657

Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, Bakı şəhəri, Suraxanı rayonunda limanda İran İslam Respublikasına məxsus "Niloufar Abi" gəmisinin yük hissəsində "Baku Steel Company" MMC üçün gətirilmiş təxminən 500 ton metal oksidli şlak (su ilə reaksiyaya girdiyi zaman qızışaraq öz-özünə alışan maddə) 60 kvadratmetr sahədə yanır. Yanğının söndürülməsində xüsusi odsöndürücü kimyəvi maye olan azotdan istifadə edilir. Söndürülmə işləri davam edir.
Hazırda yanğın bölmələri hadisə yerində növbə çəkir, gəminin soyudulması üçün lülələr verilir. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.