“İran hər zaman Azərbaycanın yanındadır”

iran-her-zaman-azerbaycanin-yanindadir
Oxunma sayı: 663

QMİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, “Fələstin xalq hərakatının müdafiə olunması” mövzusunda V beynəlxalq konfrans çərçivəsində dinu liderlərin keçirilən görüşündə Azərbaycan xalqının salam dualarını xamneyiyə çatdıran Şüyxülislam Fələstin xalqının haqq mübarizəsinə hər zaman dəstək olduğunu deyib, xalqımızın haqq işi – Qarabağ probleminin həllində də müsəlman həmrəyliyinin vacibliyini bildirib.

Azərbaycan xalqına və onun rəhbərliyinə salamlarını yütirməyi Şeyxülislamdan xahiş edən İranın Ali dili lideri öz növbəsində Qarabağ probleminin həllində, ədalətin bərpasında İranın hər zaman Azərbaycanın yanında olduğunu dilə gətirib.

Səmimi qardaşlıq şəraitində baş tutan görüşdə Azərbaycanla İran arasında mənəvi əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, xalqlarımız və dövlətlərimizin mənafeyi naminə əməkdaşlığın daha da dərinləşdirilməsi zərurətindən söhbət açılıb.