İran İsrailə 150 min raket zərbəsi vuracağını açıqladı

iran-israile-150-min-raket-zerbesi-vuracagini-aciqladi
Oxunma sayı: 654

“Qafqazinfo”nun lenta.ru saytına istinadən xəbərinə görə, Buşəhrdə könülü əsgərlər qarşısında çıxış edən müdafiə naziri deyib: “İran Əfqanıstan və İraq deyil. Əgər amerikalılar bu səhvi edib, bizə hücum edəcəklərsə, onlara necə vuruşmağı göstərəcəyik”. Vahidi əlavə edib ki, İsrail Fələstində və Livandakı hərəkətləri üçün cəzalandırılmalı idi.

“Raket yağışı” haqqında danışan Vahidi zərbələrin hansı istiqamətdə endiriləcəyi barədə heç nə deməyib.

Ekspertlərin dəyərləndirmələrinə görə, Tehran 150 min ballistik raketə malik deyil. Ancaq İranın müttəfiqləri “Həmas”, “Hizballah” və Suriyadır. Vahidinin vəd etdiyi raket zərbələrinin intensivliyini bu üçlüyün bir yerdə təmin etməyə çaışacaqları qeyd olunur.