İran kukladan da qorxdu

iran-kukladan-da-qorxdu
Oxunma sayı: 651

Bu barədə “Qafqazinfo” İranın “Mehr” xəbər agentliyinin yaydığı xəbərə əsaslanaraq məlumat verir. Polisin məqsədi mağazalarda geniş yayılan və satışda olan “Barbi” gəlinciklərini yığışdırmaq olub. Hökumətin xüsusi qurumunun rəyinə görə, bu “qızlar” açıq-saçıq geyimi, makiyajı ilə qərbin pis xüsusiyyətlərini yayır, nəticədə bu uşaqların tərbiyəsinə ciddi təsir göstərir.

Xatırladaq ki, bu İranın oyuncaq biznesində xovlu tədbirlərin ilki deyil. Satılan gəlinciklərə tətbiq edilən senzura 1990-cı ildən qüvvədədir. Sonuncu dəfə qəti tədbirlər 2002-ci ildə uşaq təşkilatlarının şikayətinə əsasən aparılmışdı. Həmin il hətta İran özü “Dara” və “Sara” adlı iranlı əkiz “qızlar” istehsal edib satışa buraxsa da, “Barbi”yə olan maraq azalmamışdı.

Raminə