İran qonşularına xəbərdarlıq etdi: “Ağıllı olun!”

iran-qonsularina-xeberdarliq-etdi-agilli-olun
Oxunma sayı: 640

İran ətrafında gərginlik artmaqdadır. “Qafqazinfo” xəbər verir ki, İran neftinə embarqo tətbiq olunması ilə bağlı müzakirələrə cavab olaraq bu ölkədən sərt cavab gəlib. İranın OPEK rəsmisi Məhəmməd Əli Hatibi Avropa Birliyinin İran neftinə embarqonun tətbiq olunması ilə bağlı onun ərəb ölkələri olan qonşularına İran nefti yerinə neft istehsalını artırmamalarını istəyib: “Bunun nəticələri xaotik olacaq. Ərəb qonşularımız belə macəraçılarla əməkdaşlıq etməməli və ağıllı siyasət yürütməlidirlər”.

Xatırladaq ki, Avropa Birliyi ölkələri İran neftinə embarqo tətbiqini planlaşdırır. Tehran rəhbərliyi daha əvvəl də Qərb ölkələri xəbərdar edərək, neftinə sanksiya tətbiq olunacağı halda Hörmüz boğazını bağlayacağını bildirmişdi.