İran rəsmisi Bakıya buraxılmadı

iran-resmisi-bakiya-buraxilmadi
Oxunma sayı: 632

“Qafqazinfo”nun “Presstv.ir” saytına istinadən verdiyi xəbərə görə, Bakının Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Bakıya daxil olmasına icazə verilməyən İran rəsmisi elə həmin gün də Tehrana qayıtmaq məcburiyyətində qalıb. Sayt qeyd edib ki, Azərbaycan Respublikası rəsmilərinin İranın Radio və Televiziya Təşkilatının Bakı ofisinin müdirinin Bakıya daxil olmasına icazə verilməməsi Azərbaycan Respublikası Prezident Administrasiyasının siyasi-ictimai şöbə müdiri Əli Həsənovun Tehrana olan son səfəri zamanı əldə olunan media əməkdaşlığı anlaşmasının kobud şəkildə pozulması deməkdir. Qeyd edək ki, həmin razılaşmaya əsasən isə iki ölkə arasında müştərək media komitəsinin yaradılması haqda razılıq əldə olunmuşdu ki, bununla da Əhməd Kazemi İranın bu komitədəki nümayəndəsi təyin edilmişdi.

Sonda isə sayt Azərbaycan hökumətinin bu qeyri-qanuni hərəkətlə bağlı heç bir açıqlama vermədiyini qeyd edib.

Səidə