İran seks dərsi keçir

iran-seks-dersi-kecir
Oxunma sayı: 5825

“Qafqazinfo”nun Türkiyənin “Hürriyət” qəzetinə istinadən əldə etdiyi məlumata görə, apteklərdə satılan DVD “Aşineyi-Məhbub” adlanır. “Dərs” insan yerinə iki çiçəyin yaxınlaşması ilə izah edilir.
Cinsi mövzuların qadağan olunduğu İranda bu DVD-nin yayılmasını Səhiyyə və Mədəniyyət Nazirliyi təsdiq edib.
Filmə məsləhətçilik edən Məhəmməd Məcid deyib ki, qəzəb və stress cinsi fəaliyyəti dayandırır. İranlı professor cinsi fəaliyyət zamanı qadınları da aktiv olmağa çağırıb.
Filmin sonunda başqa bir həkim Səid Mümtaz siqaret, qəlyan, spirtli içkilər və narkotiklərin seks həyatına mənfi təsir etməsi barədə xəbərdarlıq edir.
Seks DVD-sinin son zamanlarda İranda sürətlə artan boşanmaların səbəblərindən birinin cinsi problemlər olması ilə hazırlandığı xəbər verilir.