İran telekanalı Azərbaycanla bağlı xəbər yaydı

iran-telekanali-azerbaycanla-bagli-xeber-yaydi
Oxunma sayı: 650

Bu barədə İranın “Press TV” telekanalı məlumat yayıb. Məlumatda deyilir ki, İsrail lobbisi terrorçuları yerli bazalarda yerləşdirmək üçün Azərbaycan hökumətinə təzyiqlər edirlər. Bu məsələnin İsrail xarici işlər naziri Aqvidor Libermanın Bakıya səfəri zamanı da müzakirə edildiyi qeyd olunub.

Xəbərdə deyilir ki, Azərbaycanda 16 istifadəsiz aerodrom və hərbi baza vardır ki, onlardan dördü artıq işlək hala gətirilib və İsrailə icarəyə verilib.

“İsrail, göründüyü kimi, Azərbaycanda İran sərhədinin 120 kilometrliyində yerləşən İraqdakı Əşrəf bazasının şəraitinə uyğun analoji baza axtarır. Ölkə ərazisindən terrorçuların çıxarılması ilə bağlı İraq hökumətinin qərarına əməl edərək, ABŞ Azərbaycan, İordaniya, Pakistan, Qətər və Səudiyyə Ərəbistanını terrorçuların bu ölkələrdə qəbul edilməsi istiqamətində yola gətirməyə çalışır”