İran Türkiyədən təzminat istədi

iran-turkiyeden-tezminat-istedi-
Oxunma sayı: 696

. “Qafqazinfo”nun “Mehr” agentliyinə istinadən verdiyi xəbərə görə, İranın Milli Qaz Şirkətinin rəsmiləri Türkiyə ərazisindəki boru xəttində meydana gələn partlayışlar üzündən bu il almalı olduğu təbii qazın hamısını almadığını bildiriblər. Şirkət nümayəndələrinə görə, bu partlayışlardan sonra Türkiyə il ərzində təbii qaz idxalını 4 dəfə dayandırıb.
Türkiyənin İran təbii qazının kəsilməsi üçün kəsirin Rusiya və Azərbaycan qazlarıyla doldurduğunu qeyd edən şirkət rəsmiləri İran qazının digər ölkələrdən daha bahalı olduğu üçün Ankaranın terroru əsas göstərərək bu addımı atdığını deyiblər.
Ankara 25 illik razılaşma çərçivəsində İrandan ildə 10 milyard kub metr təbii qaz almalıdır. İranlı səlahiyyətlilər Türkiyənin 2009-cu ildə satın almadığı üçün Tehrana cəmi 600 milyon dollar təzminat ödədiyini xatırladaraq, bu il də təxminən eyni miqdarda təzminat istənildiyini bildirdikləri xəbər verilir.