İran Türkiyəni də hədələdi

iran-turkiyeni-de-hedeledi
Oxunma sayı: 658

“Qafqazinfo”nun məlumatına görə, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli hərbçisi bildirib. Korpusun rəsmi saytında yer alan xəbər yayımdan dərhal sonra ləğv edilib. İslam İnqilabı Keşikçiləri Korpusu isə səslənən ifadənin ordunun rəsmi mövqeyini əks etdirmədiyini bildirib. Adı açıqlanmayan yüksək vəzifəli məmur bildirib ki, əgər ABŞ və Türkiyə Suriyada hərbi əməliyyatlara başlasa, İraq Kürdüstanı yeni Əfqanıstana çevriləcək: “Belə olan halda biz Amerika və Türkiyə ticarət müəssisələrinə, həmçinin Kürdüstandakı hərbi bazalara zərbələr endirəcəyik. Əgər türk ordusu Suriyaya daxil olsa, biz Türkiyəyə müharibə elan edəcəyik və bütün hərbi gücümüzlə Suriyanı dəstəkləyəcəyik”.

Səidə