İran vətəndaşları Azərbaycanda həbs olundu

iran-vetendaslari-azerbaycanda-hebs-olundu
Oxunma sayı: 665

“Qafqazinfo”nun məlumatına görə, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İran İslam Respublikasının vətəndaşları - 34 yaşlı Şəmsəli Dustər və 32 yaşlı Davud Nurinin bu il aprelin 9-da dövlət sərhəddini pozaraq külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə ölkəmizin ərazisinə gətirdikləri müəyyən edilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hər iki şəxs yaxalanıb, onlardan 10 kiloqram həşiş və soyuq silah olan 1 ədəd xəncər götürülüb. İlkin dindirmə zamanı Şəmsəli Dustər və Davud Nuri narkotik vasitəni Biləsuvar rayonu ərazisində cinayətin təşkilatçısı olan və hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının göndərəcəyi adamlara təhvil verəcəklərini və bunun müqabilində onlardan 10 min ABŞ dolları alacaqlarını etiraf ediblər.

Fakt üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və hər iki şəxs təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb olunub.