İran Xəzərdə sualtı gəmilər yerləşdirir

iran-xezerde-sualti-gemiler-yerlesdirir-
Oxunma sayı: 637


İranın hərbi dəniz qüvvələrinin sualtı gəmiləri Xəzər dənizində yerləşdiriləcək. “Qafqazinfo”nun məlumatına görə, bu barədə İranın Hərbi Dəniz Qüvvələri Komandanlığının nümayəndəsi, admiral Abbas Zamini “Fars” agentliyinə müsahibəsində deyib.

Ölkənin Hərbi-Dəniz Qüvvələrinin əhəmiyyətinə toxunan admiral bildirib ki, sualtı qayıqlar və onların şəxsi heyəti bütün ölkələr üçün xüsusi rola malikdir. Daha sonra Abbas Zamini qeyd edib ki, Fars körfəzi sularına ağır sualtı qayıq yerləşdirilib və bununla əlaqədar olaraq İranın silahlı qüvvələri Xəzər dənizində daha yüngül qayıqlar yerləşdirəcək.

Səidə