“İrana hücum etməyə hazırlaşmırıq”- Mövqe

irana-hucum-etmeye-hazirlasmiriq-movqe
Oxunma sayı: 640

Bunu İsrailin müdafiə naziri Ehud Barak yerli radiolardan birinə İranla mümkün müharibə barədə danışarkən deyib. Onun sözlərinə görə, İsrail yaxın gələcəkdə İrana hücum etməyə hazırlaşmır. Lakin əvvəlki kimi İranın nüvə silahının hazırlanmasına yönəlmiş nüvə proqramının dayandırmasında təkid edir.

Nazir deyib ki, İsrail sakit və asta hərəkət edəcək: “İsrailə iri müharibələr lazım deyil. Sanksiyalar İranın nüvə proqramının qarşısını ala bilsəydi, şad olardıq”.

ANS PRESS