İranda 12 min nəfərdə brusellyoz xəstəliyi var

iranda-12-min-neferde-brusellyoz-xesteliyi-var
Oxunma sayı: 665

Lakin qeyri-rəsmi statistikaya görə, onların sayı daha çoxdur. Bunu İranın Terapevtlər Birliyinin sədri İrəc Xosrovniya deyib. Trend-in məlumatına görə, bu barədə MEHR agentliyi xəbər verir.

Xosrovniya xəstəliyin rayon və kəndlərdə daha çox yayıldığını qeyd edib və bildirib ki, brusellyoza daha çox İranın Lorestan və Kürdüstan əyalətlərinin sakinləri yoıuxub.

Onun sözlərinə görə, insanın brusellyoz xəstəliyinə yoluxması heyvanlarla bilavasitə əlaqə və ya bu xəstəliyə tutulmuş heyvanın çiy südündən, pendirindən istifadə nəticəsində baş verir.