İranda ABŞ vətəndaşı ölümə məhkum edildi

iranda-abs-vetendasi-olume-mehkum-edildi-
Oxunma sayı: 649

“Qafqazinfo”nun məlumatına görə, xəbəri “Fars” agentliyi yayıb.

İran əsilli, 28 yaşlı Əmir Mirzə Hekmati ABŞ-a casusluq etməkdə müqəssir bilinib. İran hakimiyyətinin bildirdiyinə görə, o, Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıq edirmiş.

Bir müddət əvvəl İran televiziyasında göstərilmiş videoyazıda Hekməti etiraf edib ki, yalan məlumatları İran kəşfiyyatına ötürüb. Lakin İran hakimiyyəti bu əməliyyatdan xəbər tutub və ölkə ərazisinə daxil olarkən Hekmətni saxlayıb.
Hekmətinin həbsi 2011-ci ilin 17 dekabrında bəlli olub. Məlumatlara görə, onun İran vətəndaşlığı da var.
İran televiziyası ilə göstərilən çıxışında Hekməti ABŞ ordusunda 2001-ci ildən xidmətə başlayıb. Bu məlumatlara əsasən, İrana keçənə qədər o, ABŞın Əfqanıstandakı hərbi bazasında olub.
Vaşinqton Hekmətinin azad olunmasını tələb edir.
Qeyd edək ki, Əmi Mirzə Hekməti Arizona ştatında anadan olub. Onun ABŞ-dakı qohumları Hekmətinin casusluq etməsi barədə xəbəri təkzib edirlər. Onların bildirdiyinə görə, Hekməti İrana nənəsinin yanına gedibmiş.