İranda Azərbaycan prezidentinə qarşı bəyanat verildi

iranda-azerbaycan-prezidentine-qarsi-beyanat-verildi-
Oxunma sayı: 675



İranın Atrapatakan əyalətinin ziyalıları, Təbrizin müəllim və tələbələri Azərbaycan hökumətinə ünvanlanan bəyanat hazırlayıblar. “Qafqazinfo”nun İran KİV-nə istinadən verdiyi xəbərə görə, bəyanatda Azərbaycan prezidenti anti-islam fəaliyyətinə görə ittiham olunub. İranın dini liderlərindən olan ayətullah Şeyx Hacı Nasir Məkarim Şirazi Azərbaycan hökumətinə müraciət edərək Azərbaycan xalqının belə bir vəziyyətə dözməyəcəyinə inandığını bildirib: “Biz əminik ki, Azərbaycan xalqı bu vəziyyətə dözməyəcək”.

Bəyanatda, həmçinin qeyd edilib ki, alimlərdən və dini liderlərdən əlavə Tehranda keçirilən “Azərbaycanda islami oyanış” adlı qurultayda iştirak edən 40-dan çox islam ölkəsi də Azərbaycanın anti-islam siyasətini pisləyiblər. İslam Əməkdaşlığı Təşkilatının üzvü olan bir ölkənin islami fəaliyyətə və hicab taxılmasına qadağa qoyması tənqid edilib.

Səidə