İranda din xadimi öldürüldü

iranda-din-xadimi-olduruldu
Oxunma sayı: 647

İslamazeri.az İnternet qəzetinin PressTV-yə istinadən verdiyi xəbərə görə, İranda hakimiyyət təmsilçilərinə qarşı terror aksiyaları davam edir.
Beləki, İran İslam Respublikasının Cənub-Qərbində, Xürrəmşəhr şəhərində iki motosikletçi hərbçiyə odlu silahdan atəş açılıb.
Atəş nəticəsində bir zabit şəhid olub, bir isə yaralanıb. Qətlə yetirilən hərbçi 43 yaşlı Əlirza Fimanidir. Digər zabit Səid Birənd isə boynundan və ayağından yaralanıb.

Bu olaydan sonra isə,hakimiyyətyönümlü sünni alimlərdən biri Mövləvi Mustafa Çingizi ötən gün sui-qəsd nəticəsində qətlə yetirilib. Onunla birlikdə daha bir nəfər də öldürülüb.
Çingizi Sistan-Bəlucistan əyaləti Rask şəhərinin imam cüməsi olub. Onun davamlı şəkildə “sünni-şiə vəhdəti” yönündə fəaliyyət göstərdiyi də məlumatda öz əksini tapıb.

Qeyd edək ki, İranın bu bölgəsində sünnilər və şiələr uzun illərdir dinc yanaşı yaşayırlar, lakin burada dəfələrlə sabitliyi pozmaq istiqamətində cəhdlər olub. Bunlardan ən sonuncusu "Cundulla" terror qruplaşmasının teraktlarıdır. Bu qruplaşmanın rəhbərləri ələ keçirildikdən sonra "Cundulla" çökdürülmüşdü.
İrarın bu barədə rəsmi açıqlamasında isə deyilir: "Sistan-Bəlucistandakı sünni-şiə qardaşılığına, mehribanlığına zərbə vurmaq üçün düşmən bu tipli terrorlar törədir. Bu iyrənc ssenarilər illərdir İraqda gerçəkləşdirilir...”