İranda yoxa çıxan şairin nişanlısından – Müsahibə

iranda-yoxa-cixan-sairin-nisanlisindan-musahibe
Oxunma sayı: 721

Fəridin anası Tahirə xanım, Fəridlə yanaşı Şəhriyarında yolunu gözləyir. Şəhriyarın anası yoxdur. Elə bilirəm o da mənim oğlumdu. Fəridi 8 yaşından atasız böyütmüşəm. Bir Allah bilir çəkdiyimiz əziyyəti. Şeirələrinin ilk oxucusu da özüm olmuşam. Bəzən mənə deyilər ki, elə bil əsgərliyə oğul yola salmısan, özünü darıxdırma. Belə əsgər olmaz. Övladımdan heç bir xəbərim yoxdur. Fərid qonaq kimi qəbul edildi, amma qonaq kimi yola salınmadı. Xalqımdan da, dövlətimdən də razıyam. Kamal Abdullaya, Zəlimxan Yaquba çox minnətdaram. İndi də Fərdilə fəxr edirəm.

Fəridin nişanlısı Səbinə xanımla müsahibə.

- Səbinə xanım necəsiz?

- Fəridsiz necə ola bilərəm?! Çox pis

- Yəqin çox darıxırsız?

- Əlbəttə. Hər dəqiqə qayıdacağını gözləyirəm.

- İlk tanışlığınız haqda danışın biraz...

- Tanışlıq deyəndə, küçədə, parkda olmayıb. Qohum olmuşuq. Elə qohumluq münasibətləri əsasında da tanış olmuşuq.

- Sizə həsr etdiyi şeirlər var?

- Hə var. “Ən gözəl yuxum”. Əsgərlikdə olanda yazıb. Elə nişanımız da əsgər getməmişdən 3 gün əvvəl olub.

- Bir iki bənd deyə bilərsiz?

- Əlbəttə, şeiri əzbər bilirəm.

Harda qaldı gəlməyənlər
Hara getdi gedənlər?
Sənsiz qaldı məndən sonra
Səni bütün sevənlər

Yerdən, yurddan tapılarmı
İtirdiyim adamlar
Gözlərində dayanmışam
Gediləsi haram var?

Bu da sonuncusu imiş
Hara gəlib çatdım mən?
Sən mənim ən gözəl yuxum
Gecən xeyrə, yatdım mən.

- Fəridin şeir şöləninə dəvət almasını biləndə, etiraz etmədiniz ki?

- Düzün desəm, getməsini istəmirdim.

- Qısqanırdız?

- Yox, qısqanclıqla əlaqəsi yoxdur. O, Gürcüstanda da poeziya gecəsində iştirak edib. Sadəcə olaraq, son vaxtlar İranda qarışıqlıq baş verdiyindən, buna görə ora getməsini istəmirdim.

- Mayın 2-si gəlməli idi. Artıq may ayının sonuncu günləridir. Qəzəblənirsənmi?

- May ayına qəzəblənə bilmirəm. Həm Fəridin, həm də anasının doğum günü məhz bu aydadır. Üstəlik, keçən ilin bu vaxtı qardaşının oğlu dünyaya gəlib. 1 yaşını təmtəraqla keçirməyi planlaşdırmışdıq, Fəridlə birlikdə.

- Allah qoysa, gələn il 2 yaşını birgə keçirərsiniz.

- İnşallah. Təki sağ-salamat qayıdıb gəlsin. Heç bir qızın gözü yolda qalmasın. Mənim sevgim, anasının duaları Fəridin köməyi olsun. Amin.

Namidə Bingöl