İrandakı zəlzələni bizimkilər 13 saat əvvəl bilirmiş

irandaki-zelzeleni-bizimkiler-13-saat-evvel-bilirmis
Oxunma sayı: 660

Bunu çərşənbə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunun direktoru Telman Əliyev deyib.
O, bildirib ki, dünən səhər saat 7:00-dan Şirvan, Siyəzən və Xəzər dənizindəki Qum stansiyaları zəlzələnin olacağını göstərirdi. Əliyev bu stansiyaların məlumatları düzgün qeyd etdiyini nəzərə çatdırıb.

İnstitut direktorunun sözlərinə görə, zəlzələnin elə də güclü olmayacağı təxmin edilsə də, onun koordinatlarını müəyyənləşdirmək mümkün olmayıb.

Əliyev bildirib ki, bu stansiyaların layihəsi və nəzəriyyəsi Kibernetika İnstitutunun alimlərinə məxsusdur. Stansiya Azərbaycanda alimlər tərəfindən eksperiment məqsədilə hazırlanıb. Bu stansiyalar tam özünü doğrultduqdan sonra daha təkmil formasının hazırlanması nəzərdə tutulur.

Qeyd edək ki, dünən Kibernetika İnstitutundan Trend-ə zəlzələ gözlənildiyi bildirilmişdi. Amma əhalinin təşvişə düşməməsi üçün bu barədə məlumatı yaymamışdıq.