İrandan ABŞ-ın yeni sanksiyalarına cavab gəldi

irandan-abs-in-yeni-sanksiyalarina-cavab-geldi-
Oxunma sayı: 651

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst keçirdiyi mətbuat konfransında bu sanksiyaların İranın nüvə proqramını dayandırmayacağını bəyan edib. "Bu tədbirlərin əsl nəticələri xalqımızın milli maraq və milli hüquqlar çərçivəsində öz böyük hədəflərinə çatmaq qətiyyətinin daha da güclənməsi və ciddiləşməsi olacaq" - deyə, Ramin Mehmanpərəst bildirib.

Mehmanpərəst İranın 5+1 formatlı ölkələrlə nüvə danışıqlarının davam edəcəyini də bəyan edib. Onun sözlərinə görə, fevralın 21-22-də Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti Tehrana gələcək və bundan sonra nüvə danışıqları bərpa olunacaq: "İranın nüvə danışıqlarındakı səfiri Səid Cəlili tezliklə Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Kətrin Əştonun məktubuna cavab yazacaq və danışıqların yeri və tarixinə dair razılığa gəlinəcək".

Ramin Mehmanpərəst həmçinin Rusiya və Çinin BMT-nin Təhlükəsizlik Şurasında Suriyaya qarşı n-qətnaməyə veto qoymasına da Tehranın münasibətini açıqlayıb. "Rusiya və Çinin etdiyi Suriyanın daxili işlərinə başqa ölkələrin müdaxilə etməsinin qarşısını almaq məqsədi daşıyan düzgün bir addım idi. Həmin ölkələrin əsl niyyəti Suriyaya siyasi və hərbi müdaxilə üçün zəmin yaratmaq və Sionist rejiminə dəstək üçün regionda müqavimət hərəkatını boğmaqdır. Bizim isə Suriyanın daxili işlərinə qarışmaq fikrimiz yoxdur və başqa ölkələrin də qarışmamasını qanuni hal hesab edirik" - Ramin Mehmanpərəst belə deyib.

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Suriyada naməlum şəxslər tərəfindən girov götürülmüş 11 iranlı zəvvarın azadlığa buraxıldığını da bildirib. Mehmanpərəst qeyd edib ki, fevralın 1-də Suriyada Dəməşqlə Hama şəhərlərini birləşdirən yolda qaçıralın 11 iranlı zəvvar Suriya və İranın birgə səyləri nəticəsində azad edilib.