İrandan humanist təşəbbüs

irandan-humanist-tesebbus
Oxunma sayı: 697

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi xəbərə görə, ölkədə daşlama yolu ilə ölüm cəzasının və yeniyetmələrin edam edilməsini ləğvi nəzərdə tutulub. Cinayət məcəlləsinə düzəlişlər artıq ölkədə qanunların islam qaydalarına zidd olmamasını təmin edən xüsusi orqan - konstitusiya qəyyumlar şurası tərəfindən təsdiqlənib. Artıq qanun layihəsinin qüvvəyə minməsi üçün onun ölkə prezidenti Mahmud Əhmədinejat tərəfindən təsdiqlənməsi lazımdır.

Qeyd edək ki, 1980-ci ildən bəri İranda 99 nəfər daşlanaraq öldürülüb. Bu cür cəza tədbiri əsasən xəyanətdə ittiham olunan qadın və kişilərə tətbiq olunur.

Səidə