İrandan Rafiq Tağının bıçaqlanması ilə bağlı - Açıqlama

irandan-rafiq-taginin-bicaqlanmasi-ile-bagli-aciqlama-
Oxunma sayı: 655

“Rafiq Tağıya qarşı törədilmiş sui-qəsd olayının İran İslam Respublikasına aid edilməsi ilə bağlı bəzi şəxslər və Azərbaycan Respublikasının bəzi informasiya vasitələri tərəfindən irəli sürülən əsassız və həqiqətdən uzaq iddiaları təkzib etməklə yanaşı, mənfi atmosfer yaratmaq məqsədi daşıyan bu əməlləri İran İslam Respublikası və Azərbaycan Respublikası arasındakı strateji münasibətlərə xələl vurmaq istiqamətində sionizm-Amerika təxribatları kimi qiymətləndirir və bu kimi cəhdləri puç və məğlub addım hesab edirik”, – çərşənbə axşamı İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan məlumatda bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Yazıçı-publisist Rafiq Tağı noyabrın 19-da paytaxtın Xətai prospektindəki dayanacaqda naməlum şəxslər tərəfindən bıçaqlanıb. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən yazıçı əməliyyat olunub.