İrandan təbii qazın azaldılması Azərbaycana ziyan vuracaq - Hesabat

irandan-tebii-qazin-azaldilmasi-azerbaycana-ziyan-vuracaq-hesabat
Oxunma sayı: 652

“Qafqazinfo”nun “Reuters” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ hökumətinin istəyi əsasında ölkənin Enerji İnformasiya Administrasiyası tərəfindən hazırlanan hesabatda deyilir.

Agentliyin nüsxəsini ələ keçirmiş olduğu hesabatda İrandan təbii qaz axınının azalmasının gətirib çıxaracağı nəticələrə yer verilir.

Hesabat Amerika Konqresinin İrana nüvə proqramları ilə əlaqədar sanksiyaları artırmaq, neftin ardından isə təbii qazın satışına embarqo tətbiq etməsini nəzərdə tutur.

Amerika hökumətinin məhz bu planı həyata keçirmək üçün ölkənin Enerji İnformasiya İdarəsindən belə bir hesabat hazırlamasını istədiyi deyilir.

Hesabatda qeyd olunur ki, təbii qaz ixracının azalması qlobal səviyyədə problemlər yaşatmasa da Türkiyə və Azərbaycanın cənubu, həmçinin Ermənistan üzərindəki təsiri yüksək olacaq.

Hesabata görə, İran böyük miqdarda təbii qaz ehtiyatına malikdir və cari ixracatının əsas hissəsi Türkiyəyə gedir. Bu ölkə uzunmüddətli müqavilə əsasında İrandan 90% neft məhsulları idxal edir. Ermənistan və Azərbaycan isə müvafiq olaraq 6 və 3 faiz göstərilir.

Qeyd edək ki, Avropa Birliyinin xarici işlər nazirlərinin 15 oktyabrında keçirəcəkləri toplantılarında İrandan təbii qaz axınının dayandırlması məsələsi müzakirəyə çıxarılacaq.