İranı bombalamaq planı son mərhələdə

irani-bombalamaq-plani-son-merhelede
Oxunma sayı: 689

Milli.Az xəbər portalı "The Guardian"a istinadən bildirir ki, ABŞ, İsrail və Britaniya İranın nüvə tədqiqatları mərkəzləri ilə nüvə obyektlərini bombardman planlarının son müzakirələrini aparır.

İrana qarşı hərbi əməliyyatlar, raket-bomba zərbələrində istifadə ediləcək hərbi bazalar artıq tam hazır vəziyyətə gətirilib. Aviadaşıyıcı gəmilər isə İrandakı obyektləri bombalayacaq təyyarələrin son hazırlığını görür.
Noyabrın 8-də Beynəlxalq Atom Energetikası Agentliyi (BAEA) İranla bağlı hesabatını açıqlayacaq.

İlkin məlumatlara görə, 7 illik araşdırma və tədqiqatların nəticələrinin cəmləşdiyi bu hesabatda İranın nüvə obyektlərində uranın zənginləşdirilməsi işlərinin sürətləndiyi, Tehranın nüvə silahı əldə etməyə çalışdığı vurğulanır.
İranın hazırda 4 atom bombası hazırlamaq üçün yetərli olan, 20 faiz zənginləşdirilmiş urana malik olduğu da vurğulanır.

İsrailin Hərbi-Hava Qüvvələrinin də İtaliyada keçirdiyi manevrlərdə İrana hücum ssenarilərini nəzərdən keçirdiyi deyilir.

ABŞ-ın Müdafiə Nazirliyi "Tomahawk" qanadlı raketləri daşıyan gəmilər, təyyarədaşıyanlar və sualtı gəmilərin Fars Körfəzinə yığışmağa başladığını, İrandakı obyektlərin hədəf qismində müəyyənləşdirildiyini bəyan edib.

İrana qarşı əməliyyatlarda amerikalılar əsas baza qismində Hind Okeanındakı Dieqo Qarsiya adasındakı bazalar kompleksindən istifadə etmək niyyətindədir.

Hərbi ekspertlərin fikrincə, İrana zərbələr bu ilin sonunadək endiriləcək.