İranın müdafiə naziri geri çəkildi

iranin-mudafie-naziri-geri-cekildi
Oxunma sayı: 648

“Media forum” saytının məlumatına görə, yanvarın 8-də jurnalistlərə açıqlama verən Əhməd Vəhidi deyib: “Biz deməmişdik Hörmüz boğazını bağlayacağıq. Lakin kimsə İran körfəzinin təhlükəsizliyini təhlükəyə salmaq istəsə, o zaman onun təhlükəsizliyi təhlükəyə düşəcək. Hazırda bölgədə Hörmüz boğazının təhlükəsizliyini qoruyan ən mühüm ölkə İran İslam Respublikasıdır”.

2011-ci il dekabrın 27-də İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi, dekabrın 28-də isə İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Həbibulla Səyyari Qərbi və bölgə ölkələrini Hörmüz boğazını bağlayacaqları ilə təhdid ediblər. Onlar bildiriblər ki, İran neftinə sanksiya qoyulsa, Hörmüz boğazından gediş-gəliş tam qapadılacaq.