İranın porno sayt yanğısı

iranin-porno-sayt-yangisi-
Oxunma sayı: 2023

İranın İnqilab Keşikçiləri Ordusunun kiber bölməsi internet araşdırmaları zamanı dəhşətli bir nəticə ilə üz-üzə qalıblar. “Qafqazinfo” xəbər verir ki, ordunun yüksək rütbəli komandiri İbrahim Beyaninin verdiyi məlumata görə Tehran porno saytlara ən çox giriş olan dünya ölkələri arasında birinci sıradadır. İbrahim Beyani deyib ki, araşdırmalara görə, dünyadakı 182 şəhər arasında əxlaqsız və porno saytlara ən çox girən şəhərlər arasında İranın paytaxtı Tehranın birinci sırada, Şiraz şəhəri isə 15-ci sıradadır. O bildirib ki, hətta İranlı internet istifadəçiləri Məhərrəm ayının Aşura günündə daha çox olub. Beyani bu nəticələr qarşısında yaşadığı dəhşəti “Gəncləri necə məscidlərə yığa bilər, oruc tutmağa təşviq edə bilərik?” deyərək ifadə edib.

İranda ədəbsiz və hökumətə müxalif məzmunlu saytlara girişin əngəllənməsi üçün filtrləmə sistemi tətbiq olunur. Bir çox istifadəçilər xüsusi proqramlarla bu maneəni aşa bilir. Bu problemi həll ettək üçün İran mütəxəssisləri hazırda “halal internet” adlı sistem üzərində işləyirlər.