İranlıların Bakıdakı bankı bağlandı

iranlilarin-bakidaki-banki-baglandi
Oxunma sayı: 675

Bankdakı qaynaq bildirir ki, Mərkəzi Bank “Royalbank”ın bütün rəhbərliyini - Müşahidə şurasının və idarə heyətinin tərkibini ani bir qərarla dəyişdirib. Qaynaq bildirir ki, bugündən etibarən “Röyalbank” ATM-ləri və kartları işləmir. Əmanətçilər və bank əməkdaşları panikadadır.

Xəbərdə iddia olunur ki, Müşahidə Şurasının sədri Əli Cam adlı İran vətəndaşından istefa ərizəsi alınıb. Müşahidə Şurasının qalan üzvləri (Natiq Talıbov, Fərman Hüseynli, Samir Əkbərov və Elçin Həsənov) də “könüllü” istefa veriblər. Bundan başqa, bankın idarə heyətinin sədri Azər Şahmərdanov, onun müavini Kamran Orucəliyevin də işdən kənarlaşdırılması barədə məlumatlar var.

Qeyd edək ki, bu bankın adı Vikileks saytının dərc etdiyi məxfi teleqramlarda qeyd olunub. Orada ABŞ diplomatlarının öz ölkəsinin rəhbərliyi ilə apardığı məxfi yazışmalarda qeyd olunurdu ki, “Royalbank” İranın maliyyə və bir sıra iqtidar qaynaqlarına bağlıdır; İranın çirkli paralarının yuyulmasında fəal rol oynayır.

Qeyd edək ki, son 8 ayda MTN və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu bankla bağlı araşdırma aparırdı. İddialara görə, həmin araşdırmalarda ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin ekspertləri də iştirak edir. Böyük ehtimalla artıq bank rəhbərliyinin bəziləri həbs ediləcək. “Texnikabank” ssenarisi burada da təkrarlanacaq.

Musavat.com