İraq nazirindən Azərbaycana ittiham

iraq-nazirinden-azerbaycana-ittiham
Oxunma sayı: 668

“İraq nefti qaçaqmalçılıq yolu ilə Azərbaycana, Əfqanıstana və digər Fars körfəzi ölkələrinə çatdırılır”. “Qafqazinfo”nun “Huliq.com” saytına istinadən verdiyi xəbərə görə, bu barədə İraqın energetika üzrə baş nazir müavini Hüseyn Əl-Şaxristani bəyanatla çıxış edib. Onun sözlərinə görə, bu ölkələrə neft qaçaqmalçılığı üzrə əməliyyatlar İraqın kürd regionu vasitəsilə həyata keçirilir. Şaxristani onu da bildirib ki, bütün bunları sübut etmək üçün sənədləşdirilmiş şəkildə fotolar mövcuddur.

O, həmçinin əlavə edib ki, İraqın mərkəzi hökuməti kürd regionundan neft ixracı haqqında informasiyaya malik deyil. Öz növbəsində, baş nazir neft yataqlarının hazırlaması üzrə kürdlərin xarici şirkətlərlə bağlanmış razılaşmaları tənqid edib.

Saytın yazdığına görə, kürd regionunda əldə edilən neftin miqdarı gündə 100 min barel təşkil edir: “İyulda Qlobal Energetika Tədqiqatları mərkəzi məlumat verib ki, Azərbaycanda 2011-ci ilin yanvar-aprel aylarında neft hasilatı aşağı düşməyə başlayıb. Hasilat 2010-cu ilin analoji dövrü ilə müqayisədə 4.6% azalıb”.

Səidə