İraqda partlayışda 25 nəfər öldü

iraqda-partlayisda-25-nefer-oldu
Oxunma sayı: 654

İraqın Bəsrə şəhərində partlayış baş verib. Şiə zəvvarların izdihamı arasında törədilən partlayış nəticəsində azı 25 nəfər ölüb. "Agence France Press" agentliyi isə daha 10 nəfərin də yaralandığını yazır.

Partlayışın polis geyimində olan kamikadze tərəfindən törədildiyi bildirilir. Kamikadze yoxlama məntəqəsindən keçərkən özünü partladıb. Ölən şiə zəvvarlar Bəsrənin əl-Zubyer məscidinə gedirmişlər.

Terror aktına görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

anspress