İraqın parçalanacağı gün açıqlandı

iraqin-parcalanacagi-gun-aciqlandi
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, xəbəri İraqın “əl-Nəxil” xəbər agentliyi yayıb. Yerli kürd idarəçiliyinin rəhbəri Məsud Bərzaninin xarici işlər naziri Hoşyar Zəbari ilə görüşündə kürd dövlətinin martın 21-də elan edilməsi barədə prezident Cəlal Təlabaninin də razı salındığı xəbər verilir.

Bərzani bəzi Avropa dövlətlərinin kürd dövlətini müdafiə edəcəyini deyib. Bərzani bildirib ki, Fransa və İngiltərənin bu barədə aydın fikir yürütmür, ABŞ-ın isə yerli hakimiyyətin müstəqil dövlətin elan olunmasına hazır görmür, Türkiyəni razı salmaq üçün isə danışıqlar aparılır.