Birdəfəlik ünvanlı sosial yardım noyabrda veriləcək

birdefelik-unvanli-sosial-yardim-noyabrda-verilecek
Oxunma sayı: 1406

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya verilən məlumata görə, birdəfəlik Ünvanlı Sosial Yardım – “Özünədəstək” pilot layihəsinə həsr olunmuş iclasda layihənin sınaq işlərinin digər pilot rayonlarda davam etdirilməsi istiqamətində görülən işlər, habelə Ünvanlı sosial yardım (ÜSY) üçün alternativ müraciət mexanizmlərinin tətbiqi, bu mexanizmlərin pilot rayonlar olaraq Cəlilabad və Balakən rayonlarında tətbiqi işləri barədə məlumat verilib.
İclasda bildirilib ki, “Özünədəstək” layihəsi ilə bağlı seçilmiş digər üç pilot rayonun - Masallı, İsmayıllı və Quba rayonlarının hər birində ünvanlı sosial yardım alan ailələr haqqında toplanmış Məlumat Bazasından təsadüfi seçmə yolu ilə 90 ailə seçilib. Əhalinin sosial müdafiəsi mərkəzlərinin əməkdaşları tərəfindən hər bir ailə ilə əlavə maarifləndirmə işləri aparılıb, ailələrin seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün fəaliyyət planı tərtib etmələrində onlara köməklik göstərilib.
Qeyd olunub ki, pilot layihədə iştirak edəcək ailələrə seçdikləri fəaliyyət növü ilə məşğul olmaları üçün cari ilin noyabr ayında birdəfəlik ünvanlı sosial yardımın verilməsi nəzərdə tutulur.

Nigar Məmmədli