Birdən ayılsan ki, Kamal Abdulla səni qurban verib...

birden-ayilsan-ki-kamal-abdulla-seni-qurban-verib
Oxunma sayı: 3511

Salam Sarvan

Sərt sualları çox sevirəm. Yox, bu, pafos deyil, doğrudan da, mən bu sərt suallarda barmağımı həmişə özümə tuşlamışam: ağrı sinəmdədi, yoxsa qarnımda?

Kamal Abdullayla bağlı suallar, görürüm ki, nə qədər varam, mənlə olacaq. Bu suallara aydınlıq gətirmək istəyim yox idi... Amma...

Son vaxtlar sevgiylə eşitdiyim sərt suallar mənim özümdə də suallar yaratdı. Bu suallara cavabların üç variantı var: 1. Özümüz cavab veririk. 2. Kimsə cavab verir. 3. Heç kəs cavab verə bilmir (ritorik suallardı).

1. Kor sevgiyə inanırsanmı?

2. Tutaq ki, məm emosianal idim, “tut-vurar” idim, bəs necə oldu ki, təbiətcə təmkinli, bütün intellektiynən nadir adamlardan olan Etimad Başkeçid və başqaları məhz Kamal müəlllimin “əlinin uzun vaxtlarında” başqa yerlərə işləməyə getdilər?

3. “ Hardadır” Rüstəm Kamal?

4. Kamal Abdullanın vaxtında abrımıza qısılıb əslində kasıb yaşamağımıı içimizə salmğımıza rəğmən yaradılmış təəsüratın qarşısını necə alardın?

5. Kamal Abdulla onu sevənləri daxilən anlamırsa, daxili quruluşu sevgiyə hesablanmayıbsa, necə deyərlər, müəhərrik problemi varsa, nə tədbir görərdin?

6. Təsəvvür elə, Kamal Abdullanı qorumaq naminə hətta işlədiyin saytda ona yönəlik tənqidi kəsib tökəndən, camaatnan üz-göz olandan sonra adamda bir sifət cizgisi qədərində dəyişiklik olmursa, vicdan əzabının qalıqlarıynan nə edərdin?

7. Təsəvvür elə, dostcasına onun cıqqılı bir əsəbinin nazıynan oynayırsan, onu qane edən materialı verirsən, başqa bir sayt vermir, sonradan böyük sənətkarın həmin “düşük adamlarla” mehribanlığına necə dözərdin? Ünsiyyət ədalətini, Yəni Allahı söyməzdinmi?

8. Ən çətin günlərində yanında olduğun adam birdən yoxa çıxanda dəhşətə gəlməzdinmi?

9. Və ya birdən anlayanda ki, həmin adam heç əvvəldən olmayıbmış, şoka düşməzdinmi?

10. Hansısa proyektdə əlinin və gözünün zülmüynən halal qazandığın pulu da zülümnən alacaqsansa, hansı dostluqdan danışacaqsan?

11. Bir adam ki, daim “düşmənlərim var” həyəcanıyla yaşaya, amma dostun-düşmənin dəqiq mənəvi ünvanlarını verməyə, günah kimdədir?

12. Birdən ayılsan ki, Kamal Abdulla hamının xoşuna gəlmək şıltaqlığına səni qurban verib, nə edərdin?

13. Birdən bilsən ki, adamda bircə damcı da ölçü-tərəzi hissi, hissiyyatı yoxdur, nə edərdin?

14. Birdən bilsən ki, xəncəri köksündən sancıblar, nə edərdin?

15. Birdən bilsən ki, bu böyük sənətkar sənin üstünə qorxu və mənafe üstündə qurulimiş ordusunu da göndərməkdən çəkinməz, geri çəkilərdinmi?

16. Bircə damcı da düşünməyə vaxt ayırmayan, bütün qərarları dizinin üstündə olan bir müəllimə hörmət edərdinmi?

17. Sənin yanında basıb-kəsdiyi adamlarla oturanda sənin özünü basıb-kəsən adama necə baxardın?

18. Əlindəki balaca imkana rəğmən saytlarda sənin, məsələn, “Yandım” fəryadının getməsinə dolayısıyla mane olan adamı sevərdinmi?

19. Adamlar sevgidən niyə səhv nəticələr çıxarırlar?