İrəvanda 50 mərtəbəli “Fars qülləsi” tikilir

irevanda-50-mertebeli-fars-qullesi-tikilir
Oxunma sayı: 711

“Qafqazinfo”nun “Armeniya Today” saytına istinadən verdiyi xəbərə görə, paytaxt bələdiyyəsinin müvafiq strukturlarında və bir neçə layihə institutlarında da bu məsələnin ciddi məxfilik şəraitində müzakirə olunduğu bildirilir. Binanın bir neçə mərtəbəsi ticari-kommersiya, bir hissəsi yaşayış, qalan hissəsi isə mehmanxana funksiyası daşıyacaq.

İrəvanın baş arxitektoru Narek Sarkisyan öz köməkçisi vasitəsi ilə bildirib ki, bu layihə ilə tanışdır, lakin buna münasibət bildirə bilməz. Saytın yazdığına görə, bu məsələ şəhərsalma şurasında hələ müzakirə olunmayıb. Bu isə o deməkdir ki, belə bir layihə rəsmi səviyyədə yoxdur.

Hündürmərtəbəli binanın şəhərin mərkəzində tikilməsini biabırçılıq adlandıran erməni mediası bunun mütəxəssislər üçün də anlaşılmaz olduğunu yazıb.

Şəhər meriyasından əldə edilən gizli məlumatlarda isə İran tərəfinin layihə üçün razılıq əldə etmək üçün müvafiq məmurları maraqlandırmağa çalışmaqla konkret addımlar atdığı deyilir.

Səidə