Birgə yaşadığı qadını öldürdü, həbs olundu

Birgə yaşadığı qadını öldürdü, həbs olundu
Oxunma sayı: 1137

Bakı Ağır Cinayətlər Məhkəməsində barda tanış olduğu qadını öldürməkdə təqsirləndirilən 42 yaşlı Vorobyov Sergey Nikaloyeviçin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Fikrət Qəribovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 10-da davam etdiriləcək.

Qeyd edək ki, 2017-cı ilin iyun ayında NZS qəsəbəsində Vorobyov Sergey Nikaloyeviçin evində 30-35 yaşlı qadın meyiti tapılıb. S.Vorobyov həmin qadınla bir ay əvvəl şəhərin mərkəzindəki barlardan birində tanış olub. Həmin vaxtdan sonra onlar Sergeyin NZS-dəki evində yaşamağa başlayıblar. Tək yaşayan Sergeylə bir aya yaxın eyni evdə qalan qadın onun sonrakı rəftarlarından narazı qalıb və cütlük arasında qısqanclıq münaqişələri yaranıb. Mayın 31-də onlar arasında dava-dalaş olub və həmin qadın Sergeyə bıçaqla hücum edib. Sevgilisinin əlindən bıçağı alan 42 yaşlı Sergey bir bıçaq zərbəsi ilə onu öldürüb. Qadının meyiti isə evdən iyunun 3-də tapılıb. 
Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi